Abbas Əraqçı Bakı Dövlət Universitetində tələbələr və müəllim heyəti ilə görüşüb FOTO

09.12.2025

Icma.az bildirir, Moderator.az portalına istinadən.

İranın xarici işlər naziri Abbas Əraqçı Azərbaycana səfəri çərçivəsində Bakı Dövlət Universitetində müəllim heyəti və tələbələrlə görüşüb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Görüş zamanı Əraqçı İranın diplomatiyaya yanaşması və beynəlxalq məsələlərin həllində dövlətlərarası əməkdaşlıq barədə fikirlərini bölüşüb.

Sonda Abbas Əraqçı görüş iştirakçılarına özünün "Danışıqların gücü" kitabının Azərbaycan dilinə tərcümə olunmuş nüsxələrini hədiyyə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью