Abbas Əraqçi: Biz ABŞ a necə etibar edəcəyimizi bilmirik Video

21.06.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İranın xarici işlər naziri, Tehranın ABŞ-ın İsraillə açıq müharibəni dayandırmaq üçün diplomatik səylərə səmimi şəkildə qatılacağına inanmır.

Bizimyol.info xəbər verir ki, "NBC News"a verdiyi müsahibədə, Cenevrədə Avropa liderləri ilə görüşən Araqçı bildirib ki, ABŞ əvvəlki danışıqları yalnız İsrailin hücumlarını ört-basdır etmək məqsədilə istifadə edib. "Bəlkə də onların başında belə bir plan vardı və sadəcə danışıqlar onlara bu məqsədi gizlətməyə imkan verirdi. Biz onlara necə etibar edəcəyimizi bilmirik. Onların etdikləri, əslində, diplomatik xəyanət idi"", – deyə Araqçı qeyd edib.

O, Tehranın mövqeyini təkrarlayaraq: "Əgər aqressiya davam edirsə, artıq onlarla danışıqlara başlamağın mənasız olduğunu bilirik", - deyə bildirib.

Həmçinin, Araqçı uran zənginləşdirməyi dayandırmaqdan imtina etdiklərini bir daha vurğulayıb və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffa dəfələrlə "sıfır zənginləşdirmə mümkün deyil" dediyini söyləyib. "Bu, bizim alimlərimizin nailiyyətidir və milli qürur məsələsidir", – deyə o əlavə edib.

Buna baxmayaraq, Araqçı müharibə davam etsə də, müəyyən dərəcədə Vitkoff ilə əlaqələrin davam etdiyini bildirib: "Bir neçə birbaşa və vasitəçilərlə mesajlar mübadilə edirik və bir-birimizin mövqelərini izah edirik ki, yanlış anlamaların qarşısını alaq"Ş - deyə nazir qeyd edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью