Abbas Əraqçı: İran uranın zənginləşdirilməsini davam etdirəcək

01.11.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"İran rəhbərliyi uranın dinc məqsədlərlə zənginləşdirilməsini davam etdirmək niyyətindədir".

Oxu.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.

"Biz uranın zənginləşdirilməsini dayandıra bilmərik. Rəsmi Tehran özünün raket proqramı ilə bağlı danışıqlar aparmayacaq. Heç bir sağlam düşüncəli adam hərbi komponentindən imtina etməyə razı olmaz", - deyə nazir müsahibəsində bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью