Abbas Əraqçi Kərbəlada Fotolar

29.06.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın xarici işlər naziri Abbas Əraqçi İraqa rəsmi səfər edib. 

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə onun Kərbəla şəhərində yerləşən ziyarətgahda çəkilmiş görüntüləri yayılıb. 

Gündəm olan görüntülər minlərlə baxış toplayıb və istifadəçilər tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb. Bir çoxları onun ABŞ ilə münaqişənin tam həll edilmədiyi bir zamanda ictimaiyyət arasında görünməsini maraqla qarşılayıblar. 

Qeyd edək ki, səfər çərçivəsində Əraqçinin İraqda İranın keçmiş Ali Lideri Seyid Əli Xamenei ilə bağlı vida mərasimlərinin keçirilməsini müzakirə edəcəyi bildirilir.




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью