Abbas Əraqçi: Regionun təhlükəsizliyi İransız qurula bilməz

14.06.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Regionun təhlükəsizliyi İrana məhəl qoyulmaması üzərində qurula bilməz.

"Cebheinfo.az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikasının ictimai fəalları ilə görüşdə deyib.

"Son müharibənin təcrübəsi göstərib ki, regionun təhlükəsizliyi İranın kənarlaşdırılması və ya ona məhəl qoyulmaması üzərində qurula bilməz", - Əraqçi bildirib.

Onun sözlərinə görə, iqtisadi inkişaf və regional sabitlik yalnız bölgənin bütün ölkələrinin ümumi maraqlarının nəzərə alınması şəraitində mümkündür.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью