Abbas Əraqçi Xameneidən icazəsiz nə edib?

06.10.2026

Icma.az bildirir, Bakupost portalına istinadən.


İranın xarici işlər naziri Abbas Əraqçiyə qarşı impiçment təşəbbüsü ölkə parlamentində qeydə alınıb.

“Bakupost” xəbər verir ki, bu haqda “Tasnim” agentliyi məlumat yayıb.

Təşəbbüsçülərdən biri onu Nyu-Yorka səfəri zamanı İranın Ali Rəhbəri Müctəba Xameneinin icazəsi olmadan ABŞ nümayəndələri ilə danışıqlar aparmaqda ittiham edib.

Bundan əlavə, İran XİN rəhbərinə qarşı irəli sürülən ittihamlar arasında “qırmızı xətlərin aşılması” və Vaşinqtonla danışıqlar zamanı səhv hesablamalara yol verilməsi də yer alır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью