Abbas: Fələstinli qaçqınların sayı 7 milyonu ötüb

16.05.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Ölkə daxilində və digər ölkələrdə didərgin düşmüş fələstinlilərin sayı 7 milyonu ötüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbasın Ən-Nəkbə (“Fəlakət günü”) – Birinci Ərəb-İsrail müharibəsində ərəb tərəfinin məğlubiyyətinin anım günü münasibətilə çıxışında bildirib.

“İsrailin işğalçı qüvvələrinin artıq 19 aydır ki, bütün dünyanın gözü qarşısında etdiyi bu hərəkətlər, xalqımızı Qəzza Zolağından çıxarmaq məqsədilə soyqırım, dağıntı və aclıqdan istifadə etmə cinayətləridir, həmçinin Fələstin Dövlətinin Qərbi Şeria və Şərqi Qüdsdəki torpaqlarının davam edən qanunsuz ələ keçirilməsinə əlavə olaraq”, - deyə Fələstinin "WAFA" xəbər agentliyi prezidentin çıxışının mətnini dərc edib.

“Fələstin daxilində, qonşu ölkələrdə və dünyada fələstinli qaçqınların sayı 7 milyondan çoxdur. Onların əzabları xüsusilə Qəzza, İordan çayının qərb sahili, o cümlədən Şərqi Qüds, İordaniya, Livan və Suriyadakı qaçqın düşərgələrində davam edir”, - deyə Abbas qeyd etdi.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью