Abbas Hüseynov əsas komandaya qayıdacaq? Maksim Medvedev danışdı

01.08.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Abbas Hüseynov hələ də "Qarabağ"ın əvəzedici komandasında məşq edir". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ-2"nin baş məşqçisi Maksim Medvedev deyib.
Mütəxəssis cinah müdafiəçisinin klubdakı taleyi barədə danışıb:
"Artıq hazırlığın aktiv fazasına keçmişik. İnşallah, bu yaxınlarda yoldaşlıq görüşlərində Abbasa şans verəcəm ki, oyun praktikasını qaytarsın".
Maksim Hüseynovun əsas komandaya qayıtma ehtimalı barədə bunları söyləyib:
"Əsas komandaya qayıtmaq ehtimalı? Bu suala cavab vermək çətindir. Hazırda bütün fikirlər avrokuboklardadı. Müəyyən vsxt keçdikdən sonra nəsə deyə bilərəm".
Qeyd edək ki, Abbas Hüseynov intizam qaydalarını pozduğuna görə əsas komandadan uzaqlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью