Abbas Hüseynov uzun müddət oynamayacaq

08.02.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Qarabağ”ın daha bir futbolçusu zədələnib. Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Səbail"lə qarşılaşan "Qarabağ" 19-cu dəqiqədə itki ilə üzləşib.

Qonaqların müdafiəçisi Abbas Hüseynov zədələnib. Bədavi Hüseynovla əvəzlənən Abbasın sağlıq durumu ilə maraqlandıq. Çərşənbə axşamı “Səbail”lə oyunda meydana çıxa biləcəkmi? Bu sualı “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə ünvanladıq:

“Abbas Hüseynov 8 həftəliyə sıradan çıxıb. İki aydan sonra komandaya qoşulması gözlənilir. Hazırda müalicəsi davam edir”.


ƏSƏD SEYİDOV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью