Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Doqquz aydır Tehrandakı Evin həbsxanasında saxlanılan milli fəal və siyasi məhbus Abbas Lisaniyə zəruri dərmanlar verilmir.
Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, həbsxananın nevroloqu bel yırtığının müalicəsi üçün Abbas Lisaniyə vitaminlər, qida əlavələri və ağrıkəsici preparatlar təyin edib. Lakin həbsxana rəhbərliyi indiyədək həmin dərmanları ona təqdim etməyib.
Bildirilib ki, Lisaniyə istehsal yeri, istifadə müddəti və təyinatı məlum olmayan dərmanlardan istifadə təklif olunub. Milli fəal isə bu preparatları qəbul etməkdən imtina edərək, yalnız ixtisaslı həkimin təyin etdiyi dərmanların ona verilməsini tələb edib.