Abbas mayın 8 də Moskvaya gəlməyi planlaşdırır

29.04.2025

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


“Fələstin prezidenti Mahmud Abbas mayın 8-də Rusiyaya gələcək və mayın 10-da Rusiya lideri Vladimir Putinlə görüşməyə ümid edir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Moskvadakı səfiri Abdel Hafiz Nofələ istinadən “İzvestiya” nəşri məlumat yayıb.
Səfirin sözlərinə görə, Abbas mayın 8-də Moskvaya gələcək və Qələbə bayramı şənliklərində iştirak edəcək:
“Mayın 10-da o, Putinlə danışıqlar aparacağını gözləyir. Mümkün mövzular arasında Qəzzada baş verən humanitar fəlakət, İsrailin hərbi əməliyyatları və münaqişənin həlli perspektivləri var”.
Qeyd edək ki, iki lider arasında əvvəlki görüş 2024-cü ilin oktyabrında Kazanda keçirilən BRİKS sammiti zamanı baş tutub. Həmin vaxt Abbas və Putin eksklavda baş verənləri də müzakirə ediblər.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью