Abbasabad qalasının sirri | Icma.az
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
1812-ci ildə Napoleon Bonapart bu qala ilə maraqlanırmış Araz çayının sahilində, Yazdabadın yerində tikilən beşbucaqlı qala...
Bu qala təkcə Naxçıvanın deyil, XIX əsrdə Qafqaz hərb tarixinin açar düyünlərindən biridir.
Fransız mühəndisinin planı, britaniyalı zabitin xəritəsi, rus komandanlığının mühasirə taktikası – hamısı eyni koordinatda kəsişir.
Sular altında qalan bu istehkamı kağız üzərində “dirildən” plan və xatirələr, əslində, bizi sərt faktlarla üz-üzə qoyur: 1810-cu ilin mühəndisliyi, 1827-ci ilin siyasi-hərbi həqiqəti və Araz su qovşağının yaratdığı yeni coğrafiya.
Bəli, söhbət tarixin qaranlıq səhifələrində məqsədli şəkildə gizli saxlanılmış, araşdırılması üçün ilkin mənbələri “itirilmiş”, lakin tədqiqatına böyük ehtiyac duyulan sirli, istehkam tipli qalalarımızdan biri – Naxçıvan şəhərindən altı kilometr cənub-şərqində, bir zamanlar Araz çayı sahilində əzəmətli duruşu ilə hər kəsi heyran edən, Araz su qovşağı inşa olunarkən (1967-1971) naməlum səbəblərdən su altında qalmış Abbasabad qalasından gedir.
Bu, rəvayət deyil, xəritələrdə yaşayan tarixin özüdür. Abbasabad qalası ilə bağlı AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, fəlsəfə dokt
Məlumatlara rusdilli mənbələrdə rast gəlmək mümkündür. Abbasabad qalası tarixi-hərbi istehkamdır.
Tam oxu
Xəbəri oxu