Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Şamaxı”dan ayrılan Rüfət Abbasov sosial şəbəkə hesabında paylaşım edib.
Futbolpress.az xəbər verir ki, cinah oyunçusu klub və azarkeşlərlə vidalaşıb:
“Mənə güvənən, inanan və hər zaman dəstək olan klub rəhbərliyinə, məşqçilər heyətinə, komanda yoldaşlarıma və bütün klub ailəsinə səmimi təşəkkürümü bildirirəm. Burada qazandığım hər anı və öyrəndiyim hər şeyi özümlə aparıram.
Eyni zamanda, hər oyunda yanımızda olan, yaxşı və çətin günlərdə dəstəyini əsirgəməyən azarkeşlərə xüsusi təşəkkür edirəm. Sizin sevginiz və dəstəyiniz mənim üçün hər zaman çox dəyərli oldu”.
“Şamaxı” Rüfətlə müddəti başa çatan müqaviləni uzatmayıb.