Abbasov U 21 ə çağırıldı

17.11.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına yeni futbolçu dəvət olunub.

Futbolpress.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa ilə keçirilən oyunlar zamanı A millinin düşərgəsində olan “Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov U-21-in heyətinə cəlb edilib.

Qeyd edək ki, U-21 millimiz noyabrın 18-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə səfərdə qarşılaşacaq .

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью