futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Baş məşqçi Ayxan Abbasov yığmaya yeni oyunçular dəvət edib. Buna qədər U-21 millisinin üzvü olan 4 futbolçu əsas komandada oynamaq şansı qazanıb.
Rəvan Mirzəmmədov (qapıçı) – Sabah
Edqar Adilxanov (yarımmüdafiəçi) – Şamaxı
Oruc Məmmədov (yarımmüdafiəçi) – Şamaxı
Fərid Yusifli (yarımmüdafiəçi) – Şəfa
Heyətlə bağlı əsas müsbət məqam budur. Lakin hər zaman olduğu kimi, bu dəfə də anlaşılmazlıqlar var.
Özünə yeni klub tapan Renat Dadaşov yenə siyahıdadır. Təxminən iki aya yaxın azad agent olan forvard Ukrayna təmsilçisi “Bukovina” ilə ötən həftə müqavilə imzalayıb. O, artıq iki oyun keçirməsinə baxmayaraq, fərq yarada bilməyib.
Bu mövsüm Premyer Liqada qələbə qazana bilməyən “Araz-Naxçıvan”dan iki futbolçu Abbasovun siyahısına düşüb. Yarımmüdafiəçilər Mustafa Əhmədzadə və Ceyhun Nuriyev millinin toplanışında yer alacaq.
Maraqlı dəvət isə “Şəfa”ya gedib. Bakı təmsilçisinin yarımmüdafiəçisi Fərid Yusifli ilk dəfə əsas yığmaya çağırılıb.
Heyətə “İmişli”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”dan futbolçu daxil edilməyib.
Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də saat 17:00-da “Darius and Girėnas” stadionunda Litva, oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn, həmçinin oktyabrın 4-də saat 17:00-da 8-ci km stadionunda Litva yığması ilə qarşılaşacaq.
S.
Ad / Soyad
Klub
1
Aydın Bayramov
Zirə
2
Rəvan Mirzəmmədov
Sabah
3
Emil Balayev
Neftçi
4
Bədavi Hüseynov
Qarabağ
5
Murad Xaçayev
Neftçi
6
Cəlal Hüseynov
Petrolul (Rumıniya)
7
Anton Krivotsyuk
Daejeon Hana (C. Koreya)
8
Rahil Məmmədov
Turan Tovuz
9
Elvin Bədəlov
Neftçi
10
Rəhman Daşdəmirov
Sabah
11
Toral Bayramov
Bursaspor (Türkiyə)
12
Tellur Mütəllimov
Sabah
13
Rüfət Abbasov
Neftçi
14
Ceyhun Nuriyev
Araz-Naxçıvan
15
Edqar Adilxanov
Şamaxı
16
Emin Mahmudov
Neftçi
17
Fərid Yusifli
Şəfa
18
Rəhim Sadıxov
Turan Tovuz
19
Rüfət Abdullazadə
Kiryat Shmona (İsrail)
20
Emil Səfərov
Neftçi
21
Abdulla Xaybulayev
Sabah
22
Aleksey İsayev
Sabah
23
Oruc Məmmədov
Şamaxı
24
Ayxan Hüseynov
Zirə
25
Anatoli Nuriyev
Kisvarda (Macarıstan)
26
Mustafa Əhmədzadə
Araz-Naxçıvan
27
Vüsal İsgəndərli
Malisheva (Kosovo)
28
Musa Qurbanlı
Qarabağ
29
Mahir Emreli
Rakow (Polşa)
30
Renat Dadaşov
FSC Bukovyna (Ukrayna)
Şahin Cəfərov