® ABBnin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdi AZƏRTAC | Icma.az
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABB-nin “Faydalı keşbek” loyallıq proqramı üzrə 2024-cü il noyabrın 1-dən 15-dək elan etdiyi kampaniya böyük maraqla qarşılanıb.
Bankın kampaniya çərçivəsində təklif etdiyi “Zəfər paketi”ni 54 min 770 müştəri seçib.
Bank onların qazandıqları keşbek məbləği qədər vəsaiti YAŞAT Fonduna ianə edib.
Yəni, həm qazandıqları keşbek məbləği müştərilərin kart hesablarında qalıb, həm də ABB öz hesabına bu qədər məbləği YAŞAT Fonduna ianə olaraq köçürüb.
İanələr noyabrın 1-dən 15-dək yığılmış keşbeklər üzrə həyata keçirilib. Bir nəfər üçün maksimum ianə məbləği 10 manat olub.
Qeyd edək ki, YAŞAT Fondu 2020-ci ilin dekabrında yaradılıb.
Fondun məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstəkdir.
Tam oxu
Xəbəri oxu