Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ağdam rayonunun Abdal-Gülablı Şəhidlərinin abidə kompleksinin açılışı olub.
Bakıvaxtı.az xəbər verir ki, təndirdə kənd sakinləri, 50-dək şəhid ailəsi və ictimaiyyət nümayəndələri iştirak edib.
Zəfər bayramı və Dövlət Bayrağı Günü münasibətilə baş tutan açılış mərasiminə qatılanlar şəhidlərimizin ruhuna fatihə verib, onlara Allahdan rəhmət diləyib və öz ürək sözlərini bölüşüblər.
Tədbirin təşkilatçılarından olan Abdal-Gülablı kənd sakini, şəhid bacısı Nigar Tağıyeva bildirib ki, azad olunmuş doğma kəndlərində belə bir böyük layihəyə imza atmalarından dolayı fəxr edirlər: "Azərbaycanın müqəddəs torpağında igidlərimizin xatirəsinin əbədiləşdirildiyi bu məkanda doğma kəndimizin sakinləri ilə, şəhid ailələriylə bir yerdə olmaq fəxarət hissi yaradır. Bizi kəndimizdə bir araya gətirən səbəb təkcə bir abidənin açılışı deyil. O gün biz keçmişimizə ehtiramımızı, bu günümüzə minnətdarlığımızı, gələcəyə inamımızı ifadə etmək üçün bir araya gəldik".
"Bu barədə danışmaq çox ağırdır, ancaq şərəflidir. Bu şərəfi bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, Ali Baş komandanımız İlham Əliyevə, Ordumuza və dəyərli xalqımıza ürəkdən təşəkkür edirik",- deyə Nigar Tağıyeva əlavə edib.