ABdən Tiflisə ağır zərbə: 237 milyonluq yardım dayandırıldı

24.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Almaniya Gürcüstanın Avropa Birliyi yolundan imtina etməsi və etirazların yatırılması səbəbindən bu ölkədə 237 milyon avro dəyərində layihələrin icrasını dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Təəssüf ki, Almaniya Gürcüstanla 237 milyon avro dəyərində layihələri dayandırdı və İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Gürcüstanın AB yolundan dönməsinə və etirazların yatırılmasına reaksiya verir.

Biz Batumidə yaşıl hidrogenin, enerji şəbəkəsinin və su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq. Vətəndaş cəmiyyəti və qanunun aliliyinə dəstək artmaqdadır”, - diplomat bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью