Abdin Fərzəliyev “qədim şərik”inə 4 tender həvalə edib | Icma.az
Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
- + Abşeron İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev özünün “sevimli şirkəti”nə daha bir tender həvalə edib.
Tribunbainfo.az xəbər verir ki, İcra Hakimiyyəti rayonda abadlıq işlərinin həyata keçirilməsini yenə “PROQRESS İNŞAAT EN” MMC-yə tapşırıb.
1.803.006,02 manatlıq tenderlə bağlı tərəflər arasında müqavilə imzalanıb.
Açıq mənbələrdən belə bəlli olur ki, Abşeron İcra Hakimiyyəti “Proqress İnşaat EN” şirkəti ilə çoxdanın “dostu”durlar.
Belə ki, Xırdalan icra nümayəndəliyinin ötən ay yolların təmiri ilə bağlı keçirdiyi tenderin də qalibi “Proqress İnşaat En” şirkəti olub.
Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 1 478 634,87 manatdır.
Sentyabr ayında isə “Proqress İnşaat En” şirkəti icra nümayəndəliyinin iki tenderinin də qalibi seçilib.
Tam oxu
Xəbəri oxu