Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yanvarın 18-də vəfat edən “Azərsun Holding” MMC-nin Müşahidə Şurasının sədri Abdulbari Gözəli oğlu Əhməd Gözəl əvəzləyəcək.
Teleqraf.com-un əldə etdiyi xəbərə görə, şirkət daxilində Ə.Gözəlin Müşahidə Şirasının yeni sədri olacağı dəqiqləşib.
Holdinq isə hələlik bununla bağlı rəsmi qərarını açıqlamayıb.
Qeyd edək ki, “Azersun Holding” MMC-nin Müşahidə Şurasının üzvü olan Ə.Gözəl “Azərbaycan Sənaye Bankı”nın rəhbəridir.
O, bankın Müşahidə Şurasının Korporativ İdarəetmə Komitəsinin sədri vəzifəsini tutur.
Məlumata görə, Abdulbari Gözəl uzun müddət əvvəl rəhbəri olduğu şirkətin idarəçiliyini oğluna təhvil verməyə başlayıb.
Əhməd Gözəl son aylarda “Azərsun Holdinq”in idarəçiliyində fəal iştirak edib.