Abduləzimova Radomka ya, Ruban və Xarçenko Porto ya qarşı

25.01.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan millisinin voleybolçularının çıxış etdiyi Rumıniyanın “Alba” və Macarıstanın “Vaşaş” klublarının CEV kubokunun 1/4 final mərhələsindəki rəqibləri bəlli olub.

İdman.biz xəbər verir ki, Yelizaveta Ruban və Alena Xarçenkonun çıxış etdiyi "Alba" "Porto" ilə qarşılaşacaq.

İlk oyun fevralın 5-də Portuqaliyada keçiriləcək.

Ayşən Abduləzimovanın kapitanı olduğu “Vaşaş” isə Polşa “Radomka”sı ilə mübarizə aparacaq. İlk oyun fevralın 6-da Budapeştdə keçiriləcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью