Abduləzimova Vaşaşla yarımfinalda İdman və Biz

02.01.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş” Macarıstan kubokunda yarımfinala yüksəlib.

İdman.biz xəbər verir ki, 1/4 finalın cavab matçında ölkə çempionu ilk görüşün nəticəsini təkrarlayaraq, "Uypeşt"ə 3:0 hesabı ilə qalib gəlib.

Ayşən bu oyunda dörd xal qazanıb.

İndi "Vaşaş" inamla liderlik etdiyi Macarıstan liqasındakı oyunlara köklənəcək: yanvarın 4-də çempionatda qış fasiləsi başa çatacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью