Abduləzimovadan 11 xal qələbə üçün kifayət etməyib

22.03.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycanlı voleybolçu Ayşən Abduləzimova “Vaşaş”la Macarıstan çempionatının yarımfinal seriyasında çıxış edir.

İdman.biz xəbər verir ki, ölkə çempionu finala vəsiqə uğrunda mübarizədə "Kapoşvar"la mübarizə aparır.

İlk görüşdə qalib gələn (3:0) "Vaşaş" seriyanın ikinci qarşılaşmasında rəqibinə uduzub - 2:3. Abduləzimova 11 xal toplayıb.

İndi finalçını müəyyənləşdirmək üçün komandalar ən azı daha iki oyun keçirməlidirlər.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью