Abduləzimovanın komandası Çempionlar Liqasında ikinci qələbəsini qazanıb İdman və Biz

09.01.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş” klubu CEV Çempionlar Liqasının qrup mərhələsində ikinci qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, Macarıstan təmsilçisi 5-ci turda öz meydanında Fransa “Nant”ına üç setdə qalib gəlib (3:0).

Abduləzimova oyunda 8 xal toplayıb.

İlk turda da “Nant”ı məğlub edən “Vaşaş” 5 xalla qrupda üçüncüdür. Həmyerlimizin komandası ikinci pillədə qərarlaşan Polşanın "Budovlani Lodz" klubundan 3 xal geri qalır.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью