Abdulhadi Turus YTB başqanı oldu

07.03.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaricdə Yaşayan Türklər və Qohum İcmalar Başqanlığının (YTB) sədri vəzifəsinə Abdulhadi Turus təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı qərar Türkiyədə rəsmi dövlət nəşri olan "Rəsmi Qəzet"də dərc olunub.

Qərar Rəcəb Tayyip Ərdoğanın imzası ilə qüvvəyə minib.

Qeyd edək ki, A.Turus bu təyinatadək YTB başqanının müavini vəzifəsində başqanın səlahiyyətlərini həyata keçirib.

YTB Türkiyənin xaricdə yaşayan vətəndaşları, soydaşları və qohum icmaları ilə əlaqələrin inkişaf etdirilməsi, həmçinin diaspor fəaliyyətinin koordinasiyası istiqamətində fəaliyyət göstərən mühüm dövlət qurumlarından biridir.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью