Abdulhakeem Fahad Alsenan: ICESCO mədəniyyəti təşviq edən və insanları bir araya gətirən səyləri dəstəkləməyə davam edəcək

17.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Şuşa, 17 aprel, Gülay Nəzərova, AZƏRTAC

Şuşada keçirilən bu Forum İslam mədəniyyətini gücləndirən, sülhü, yaradıcılığı və inkişafı dəstəkləyən yeni layihələrin başlanması baxımından olduqca dəyərli bir fürsətdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri ICESCO Regional Ofisinin direktoru Abdulhakeem Fahad Alsenan aprelin 17-də Şuşada “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunun açılışında deyib.

“ICESCO olaraq biz də mədəniyyəti təşviq edən və insanları bir araya gətirən səyləri dəstəkləməyə davam edəcəyik. Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm”, - deyə ICESCO Regional Ofisinin direktoru qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью