Icma.az bildirir, Fanat portalına istinadən.
"Şamaxı" heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi "Sabah"ın futbolçusu Abdulla Rzayevi icarə əsasında heyətinə qatıb.
Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
24 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər "Şamaxı"da çıxış edəcək.