Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Başa çatan mövsümü “Şamaxı”da icarədə keçirən Abdulla Rzayev müqavilə ilə məxsus olduğu “Sabah”a qayıdıb.
Futbolpress.az-ın məlumatına görə, cinah oyunçusu “bayquşlar”la müddəti başa çatan anlaşmanı uzatmayacaq. Rzayev daha çox oynaya biləcəyi komandaya keçmək niyyətindədir.
Cinah müdafiəçisi ilə “Sumqayıt”, “Kəpəz”, “Qəbələ” yaxından maraqlanır. Rzayev seçim etməyə tələsmir.
“Sabah”ın yetirməsi olan Abdulla daha əvvəl 2023-cü ilin yanvarından iyuluna kimi “Kəpəz”də icarədə çıxış edib. O, bundan başqa “Şamaxı”, “Araz-Naxçıvan”, “Turan Tovuz”da da oynayıb.
Şahin Cəfərov