Abdulla Şaiq adına Dövlət Kukla Teatrının biletlərini kim satıb? FOTO

15.03.2025

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Son bir neçə ildir ki, hər kəsin dilində əzbərə çevirdiyi şablon bir söz var: "Teatra gedən varmı?", "İndi tamaşalar əvvəlki kimi deyil". 

Moderator.az xəbər verir ki, bu gün Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova belə bir paylaşım edib: "Bİletlər satılıb". 

Açıq kassa ilə satılan biletlər artıq bitib.  Bu isə o deməkdir ki, artıq tabular qırılıb və teatra gedənlərin sayı heç də az deyil.

 Paylaşımı təqdim edirik: 

"Özü də açıq kassa ilə...

Bu arada, biz izdihamı özümüz yaradırıq,  təşkilatçılar yox. Sözsüz ki, gözəl səhnə əsərləri ilə. Axı uşaqları aldatmaq, zala təhkim eləmək olmur". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью