Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Azərbaycan futbol millisinin Tacikistanla yoldaşlıq görüşündə zədələnən Abdulla Xaybulayev və Mahir Emrelinin son durumu açıqlanıb.
İdman.Biz xəbər verir ki, hər iki futbolçunun zədəsi ciddi xarakter daşımır.
AFFA-dan bildirilib ki, Xaybulayev UEFA Millətlər Liqasında Litva ilə keçiriləcək qarşılaşmada meydana çıxmağa hazır olacaq. Emrelinin həmin görüşdə iştirak edib-etməyəcəyinə isə baş məşqçi Ayxan Abbasov qərar verəcək.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 27-də Litvanı qəbul edəcək. Yığma oktyabrın 1-də Lixtenşteynlə Bakıda, oktyabrın 4-də isə Litva ilə səfərdə qarşılaşacaq.