Icma.az, Yenisabah saytına istinadən bildirir.
“Qarabağ”dan ayrılan Abdullah Zubir Ağdam klubu ilə vidalaşıb.
“Yeni Sabah” xəbər verir ki, o sosial şəbəkə hesabında paylaşım edərək yazıb:
“8 ildən sonra mənim üçün yeni mərhələyə başlamağın vaxtıdır. Dominos pizza
Bütün kluba, komanda yoldaşlarıma, məşqçilər heyətinə və xüsusilə mənim üzərimdə çox böyük rolu olan baş məşqçimə təşəkkür etmək istəyirəm. Mənə göstərdiyi etimada və mənə öyrətdiyi hər şeyə görə ona təşəkkür edirəm.
Ən əsası, bütün azarkeşlərə və bütün ölkəyə mənə göstərdikləri inanılmaz sevgiyə görə təşəkkür edirəm. Dəstəyiniz, ehtirasınız və sevginiz bütün bu illər ərzində mənimlə olub”.
Qeyd edək ki, Zubir 2018-ci ildən “Qarabağ”da oynayırdı.