Abdullah Zubir: Azərbaycana gələndə şok oldum

17.11.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Fransanın məşhur "Lequipe" nəşrinə müsahibə verib. Sport24.az xəbər verir ki, 33 yaşlı vinger Azərbaycan və ölkə futbolu üçün xoş sözlər deyib.
Mərakeş əsilli fransalı oyunçu azərbaycanlıların qonaqpərvər olduğunu bildirib:
"2018-ci ildən bu ölkədə çıxış edirəm. Buraya gələndə şok oldum. Azərbaycan çempionatı sürətlə inkişaf edir. Bura xarici oyunçular üçün qonaqpərvər məkandır".
Qeyd edək ki, 2018-ci ildən "Qarabağ"ın formasını geyinən Zubir altı dəfə ölkə çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью