Abdullah Zubir Azərbaycanı tərk edib “Əl Şahaniya” klubunda oynayacaq

15.08.2026

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


“Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubirin komandadan ayrıldığı barədə məlumat yayılıb.
Yeniavaz.com
xəbər verit ki, sosial şəbəkələrdə 34 yaşlı futbolçunun ötən gün klubun düşərgəsini tərk edərək Qətərə yollandığı yazılır.
Zubirin karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcəyi gözlənilir. Tərəflər arasında müqavilə razılaşdırılıb. Futbolçu tibbi müayinədən keçdikdən sonra transferin rəsmi şəkildə elan olunması planlaşdırılır.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinirdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью