Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. “Çox xoşbəxtik”.
Bu sözləri Apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Abdullah Zubir deyib.
O, oyunun komanda üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Çox vacib 3 xal qazandıq. Oyun ərzində sona qədər mübarizə apardıq.
Qarşıda bizi ‘Liverpul’la çətin səfər oyunu gözləyir. Pley-off mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Zubir komanda yoldaşı Bəhlul Mustafazadənin son dəqiqələrdə vurduğu qola da münasibət bildirib: “Bu, sadəcə möhtəşəm idi.
Meydançada olarkən qol vurduğumuza inana bilmirdim. Qələbə münasibətilə bütün azarkeşlərimizi təbrik edirəm. Komandamla fəxr edirəm.
Əgər 6 ay əvvəl kimsə bizə Çempionlar Liqasında 10 xal toplayacağımızı desəydi, buna inanmazdıq. Amma bu gün həmin xalları qazanmışıq.
İndi qarşımızda son bir oyun var. ‘Liverpul’ çox güclü komandadır. Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.