Abdullah Zubir “Əl Şahaniyə”yə keçir

19.08.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən həftə “Qarabağ” futbol klubu ilə yollarını ayıran Abdullah Zubirin yeni klubu müəyyənləşmək üzrədir.

İdman.Biz xəbər verir ki, Qətərin “Əş-Şərq” nəşrinin məlumatına görə, 34 yaşlı hücumameyilli yarımmüdafiəçi “Əl-Şahaniyə” ilə müqavilə imzalamağa yaxındır. Tərəflər arasında danışıqlar son mərhələdədir və keçidin yaxın saatlarda və ya günlərdə rəsmiləşəcəyi gözlənilir.

Mənbə Zubirin cinahlarda oynamaq, hücumları qurmaq və şanslar yaratmaq bacarığını vurğulayaraq, onun təcrübəsinin “Əl-Şahaniyə”nin hücum xəttinə əlavə güc verə biləcəyini qeyd edib.

Əslində, tərəflər arasında razılığın daha əvvəl əldə olunduğu bildirilib. “L’Équipe” aprelin 10-da Zubirin Qətər klubuyla şəxsi müqavilə şərtləri üzrə razılığa gəldiyini yazıb.

“Qarabağ”ın rəsmi məlumatına əsasən, Abdullah Zubir 2018-ci ildən çıxış etdiyi Ağdam klubunun heyətində 368 matçda 78 qol vurub. O, “Qarabağ”la altı dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью