Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Liverpul, 29 yanvar, AZƏRTAC
Dünyanın ən güclü komandalarından birinə qarşı çox çətin oyun oldu. Rəqibin “Liverpul” olduğunu nəzərə alsaq, oyunun bəzi məqamlarında yaxşı epizodlar göstərə bildik.
Bu sözləri “Qarabağ” klubunun kaptanı Abdullah Zubir “Liverpul” komandası ilə oyundan sonra AZƏRTAC-a açıqlamasında deyib.
“Oyunu uduzduq, amma digər tərəfdən pley-off mərhələsinə vəsiqə qazandıq. Bu, tarixi bir uğurdur. İndi püşkatmanı gözləyəcəyik və növbəti rəqibimizin kim olacağını görəcəyik”, - deyə bildirib
O, komandanın topladığı xallara diqqət çəkib:
“Bu gün bizim üçün çətin idi, çünki rəqib “Liverpul” idi. 10 xal toplamışıq və bu, asan məsələ deyil. Buna görə də sevincliyik”.
Sonda futbolçu hazırlıqla bağlı bu sözləri deyib:
“Hər zaman olduğu kimi, qarşıdakı oyunlara da ciddi hazırlaşacağıq. Çempionlar Liqasında zəif komanda olmur. Sadəcə yaxşı hazırlaşmaq və maksimum nəticə əldə etməyə çalışmaq lazımdır”.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
Liverpul