Abdullahi Bidhaan Varsame: Bərpaolunan enerjiyə çıxış üçün Azərbaycanla memorandum imzalanıb

03.06.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Afrikada xeyli sayda insanın elektrik enerjisinə çıxışı yoxdur. Bu, xüsusilə Somalidə müşahidə olunur. Somali hazırda böyük dəyişiklik müddətindən keçir. İnstitutlar güclənir, biz elektrikə çıxışı artırmaq üçün bərpaolunan enerjiyə çıxışı gücləndiririk. Bu istiqamətdə Azərbaycanla memorandum imzalanıb".

Oxu.Az xəbər verir ki, bu fikirləri Bakı Enerji Forumunda Somali Federativ Respublikasının energetika və su ehtiyatları naziri Abdullahi Bidhaan Varsame deyib.

O bildirib ki, Somalidə Günəş stansiyaları qurulub:

"Düşünürük ki, bu addım nəticəsində 8 meqavat enerji əldə etmək mümkün olacaq. Yaşıl enerjiyə investisiyaları cəlb etməyə çalışırıq. Çünki Somalidə potensial böyükdür".

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью