Abdullayev Ağ Ev qalmaqalından nələr yazdı | Icma.az
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Bu müharibənin ilk günündən mən iki ən yaxın xalqdan danışmışdım.
Ruslar və ukraynalılar - ukraynalılara və ruslara qarşı. Dəhşətli itkilərdir.
Amma ogünkü görüş dünyanın bütün siyasətçiləri üçün tamamilə göstərici idi.
Dövlət xadimi öz xalqının, ölkəsinin yaxşılığını düşünməyə, emosiyaya qapılmamağa borcludur.
Axar.az xəbər verir ki, bunu xalq yazıçısı Çingiz Abdullayev Ukrayna Prezidenti Vladimir Zelenskinin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Venslə mübahisəsi ilə bağlı sosial şəbəkə hesabında qeyd edib.
“Yadınıza salın, Paşinyan prezidentimizlə söhbətində necə həyasızcasına “Qarabağ Ermənistandır, nöqtə” demişdi.
Ona necə cavab verilməli idi? Qışqırmaq? Danışıqları dayandırmaq? İlham Əliyev necə diplomat olduğunu bütün dünyaya göstərdi.
Bəs torpaqlarımızın beşdə birini zəbt etmiş rəzil Köçəryanla Heydər Əliyevin ünsiyyəti asan idimi?
Tam oxu
Xəbəri oxu