Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” yoxlama matçına çıxıb.
Futbolpress.az xəbər verir ki, komanda Şimali Kipr Türk Respublikası təmsilçisi TOL klubu ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
“Səbail”in baş məşqçisi Elnur Abdullayev klubun mətbuat xidmətinə açıqlamasında hazırlıqdan danışıb:
“Fiziki, texniki-taktiki hazırlıqlarımız davam edir. Hər şey qaydasındadır. İlk yoxlama matçımızda qələbə qazandıq, futbolçulardan razı qaldım. Onlar hələ ki, 70 faiz istədiyim kimidir. Çempionata qədər tam hazır olacağıq. Qarşıda daha iki sınaq matçı olacaq və toplanış yekunlaşacaq”.
“Səbail” yeni mövsümdə I Liqada mübarizə aparacaq. Çempionata sentyabrın 3-də start veriləcək.