Abe, Kokauri və Əliyeva Böyük Dəbilqə nin posterində

07.02.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Beynəlxalq Cüdo Federasiyası fevralın 14-16-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək “Böyük Dəbilqə” turnirinin posterini təqdim edib.

İdman.biz xəbər verir ki, afişada Tokio olimpiadasının çempionu, beşqat dünya çempionu yaponiyalı Uta Abe (52 kq), dünya çempionatının gümüş mükafatçısı braziliyalı Leandro Qonsalveş (100 kq), həmçinin Azərbaycan millisinin cüdoçuları - Leyla Əliyeva (48 kq) və Uşanqi Kokauri (+100 kq) təsvir olunublar.

Qeyd edək ki, "Böyük Dəbilqə" yarışına 38 ölkədən cüdoçular qatılacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью