Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq. Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırı
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə işin yenidən apellyasiya instansiyasında araşdırılması ilə bağlı qərar qəbul edib.
Abel Məhərrəmovu məhkəməyə verən Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirovun vəkili Anar Qasımlı bizimlə söhbətində xəbəri təsdiqləyib.
Vəkil bildirib ki, birinci və apellyasiya instansiyaları işə ədalətli yanaşmamışdı.
Bu baxımdan, Ali Məhkəmənin qərarı təqdirəlayiqdir: "Kassasiya şikayətində apellyasiya instansiyasının qərarının ləğv edilərək, Nazim Əmirovun xeyrinə qərar qəbul edilməsi istənilirdi.
Lakin Ali Məhkəmə şikayəti qismən təmin edərək, işi təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxardı.
Bu halda belə, qərarı müəyyən mənada ədalətli hesab etmək mümkündür.
Ümid edirəm ki, apellyasiya instansiyasında təkrar baxış zamanı da ədalətli qərar çıxarılacaq".