Abel Məhhərəmov: Səhərə qədər yatmadığım günlər olub...

06.11.2024

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

1999-cu ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə BDU-nun rektoru təyin olunanda bizim çox geniş söhbətimiz oldu. Universitetin tarixindən tutmuş, mənim fəaliyyətimə qədər bir çox məsələ haqqında söhbət etdik.

Bunu Modern.az-a müsahibəsində Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərəmov deyib.

"Ümummilli liderimiz mənə çoxlu məsləhətlər verdi. Bu 20 ildə hər dəfə qələmi əlimə alıb nəsə imzalayanda, o məsləhətlər yadıma düşüb, həmişə ədalətli olmağa çalışmışam. Tələbələrin xaric olunması üçün sənədə imza atanda səhərə qədər yatmadığım günlər olub. O sənədə imza atana qədər 4-5 dəfə tələbəni, müəllimi çağırıb danışmışam, bəzən məsələləri həll edə bilmişəm, bəzən də məcbur qalıb həmin sənədə imza atmışam".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью