ABF Bakıda yarış keçirdi

12.10.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Bakıda dövlət qurumlarının əməkdaşları arasında badminton üzrə yarış keçirilib.

Futbolpress.az xəbər verir ki, turnir Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Badminton Federasiyasının (ABF) birgə təşkilatçılığı ilə baş tutub. 1 saylı idman təmayüllü liseyin badminton zalında təşkil olunan birincilikdə 10 müxtəlif dövlət orqanını təmsil edən 18 iştirakçı (12 kişi və 6 qadın) qüvvəsini sınayıb.

Gərgin keçən mübarizənin sonunda kişilər arasında Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndəsi Emil Təhməzov bütün rəqiblərini üstələyərək turnirin qalibi olub. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təmsilçisi Cavid Əlizadə fəxri kürsünün ikinci pilləsində qərarlaşıbsa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşı İlqar Alqayev üçüncü yeri tutub.

Qadınların yarışında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təmsilçisi Səbinə İmaməliyeva çempionluq sevinci yaşayıb. Elm və Təhsil Nazirliyinin əməkdaşı Suğra Babayeva gümüş, Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndəsi Xəyalə Ağayeva isə bürünc medala sahib çıxıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью