ABF müqavilə imzalayıb

22.11.2024

Icma.az, Sia Az saytına istinadən bildirir.

Məşhur idman statistika portalı "Sofascore" ilə Azərbaycan Basketbol Federasiyası (ABF) arasında müqavilə imzalanıb. Bu barədə SİA-ya ABF-nin mətbuat xidmətindən məlumat verilib.

"Sofascore" başda Azərbaycan Basketbol Liqasının (ABL) oyunları olmaqla, ölkə basketboluna aid bütün statistik göstəriciləri təqdim edəcək.

Bildirilib ki, aylıq 28 milyondan artıq istifadəçisi olan "Sofascore" şirkəti ilə imzalanmış sözləşmə Azərbaycan basketbolunun dünyada daha geniş kütlə tərəfindən tanınmasına xidmət göstərəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью