ABF nin baş katibi III MDB Oyunlarında uğur qazanan qız boksçularla görüşüb

06.10.2025

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Boks Federasiyasının (ABF) baş katibi Nağı Səfərov III MDB Oyunlarında uğur qazanan qızlardan ibarət komanda ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidməti məlumat yayıb.

Baş katib idmançılara qurumun prezidenti Sahil Babayevin təbriklərini çatdırıb və komandaya növbəti yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycanın qadın boksçuları turniri 1 qızıl, 5 gümüş və 3 bürünc medalla başa vurublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью