Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Basketbol Federasiyası (ABF) ilə Türkiyənin "Nəsibə Aydın" klubu arasında mümkün əlaqələr Azərbaycanda qadın basketbolunun inkişafı baxımından əhəmiyyətlidir.
İdman.biz Report.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında ABF-nin icraçı vitse-prezidenti Fərrux Mahmudov deyib.
O, görüşün çox gözəl alındığını vurğulayıb: “İlk öncə qeyd edim ki, qardaş Türkiyə təmsilçisi "Nəsibə Aydın" klubunun prezidenti və digər klub nüməyəndələri ilə görüşümüz çox gözəl alındı.
Türkiyənin qadın basketbolundakı uğurlu təcrübəsi bizim üçün dəyərli bir örnəkdir.
"Nəsibə Aydın" klubu ilə gələcəkdə qurula biləcək mümkün əlaqələr Azərbaycanda qadın basketbolunun inkişafı baxımından əhəmiyyətlidir”.
İcraçı vitse-prezident qarşı tərəfə hədəflər barədə məlumat verildiyini söyləyib: “Görüş əsnasında biz qarşı tərəfə müxtəlif yaş qruplarındakı qadın basketbolçularımız üçün beynəlxalq səviyyədə oyun təcrübəsi, daha yüksək hazırlıq imkanları qazandırmağı hədəflədiyimizi söylədik.
Qarşılıqlı olaraq təklifləri dəyərləndirməklə regional səviyyədə qadın basketbolunun rəqabət gücünü artırmaq istəyirik.