ABF rəsmisi: Beynəlxalq qarşılaşmaların Azərbaycanda keçirilməsi üçün hər zaman namizəd ol…
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq qarşılaşmaların Azərbaycanda keçirilməsi üçün hər zaman namizəd olacağıq.
Bu barədə "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz bildirib.
ABF rəsmisi Azərbaycanın ən təhlükəsiz ölkələrdən biri olduğunu söyləyib: "İsraildəki mövcud durumla bağlı bu ölkənin komandaları matçlarını doğma meydanda oynamırlar.
Türkiyə klubları da bu ölkənin kollektivlərini təhlükəsizlik səbəbindən qəbul edə bilmirlər.
Azərbaycan və Bakı dünyanın təhlükəsiz yerlərindən biridir. Beynəlxalq qarşılaşmaların Azərbaycanda keçirilməsi üçün hər zaman namizəd olaca
Dünən keçirilən oyundan hər kəsin məmnun qalması da buna işarədir".
İdman direktoru FIBA Çempionlar Liqasının rəsmi şəxsləri ilə dünən baş tutan görüşlə bağlı fikirlərini bölüşüb: "Ümumiyyətlə, FIBA Çempionlar Liqasının pley-in matçının tarixdə ilk dəfə Bakıda keçirilməsi Azərbaycan basketbolu üçün gözəl hadisədir.
Tam oxu
Xəbəri oxu