Icma.az, Report.az saytına istinadən bildirir. İnanıram ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq final mərhələsində
Bunu "Report"a açıqlamasında Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının (ABFF) vitse-prezidenti Azər Məhərrəmov peşəkar qol güləşi liq
ABFF rəsmisi Özbəkistanın Andijan şəhərində keçirilən seçim turunda 3 qızıl medal qazandıqlarını xatırladıb: "Yarışa üç idmançı ilə yollanmı
Mən 115 kq-da mübarizə aparırdım. Ağaseyid Aslanov (105 kq) və Toğrul Şahlarlı (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar.
Özbəkistandakı turnirdə birinci olanlar Dubaydakı finalda iştirak hüququ əldə ediblər. Dünyanın ən güclüləri burada bəlli olacaq".
O, bu idman növünün inkişafı üçün çalışdıqlarını bildirib: "Səkkiz aydır ki, qol güləşi mənə həvalə edilib.
Federasiyanın prezidenti Rauf Bunyatəliyevə təşəkkür edirəm.
Fərid Qayıbov gənclər və idman naziri təyin ediləndən sonra bizə çox dəstək oldu. Qol güləşi ölkəmizdə, demək olar ki, yoxa çıxmışdı.