A.B.İ nin aktyoru əməliyyat olundu Foto

11.06.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Son olaraq “A.B.İ” serialında "Tahir Hancıoğlu" obrazını canlandıran tanınmış aktyor Tarık Papuççuoğlunun səhhətində ciddi problem yarandığı məlum olub.

Axşam.az xəbər verir ki, 77 yaşlı aktyorun aprel ayında keçdiyi rutin müayinələr zamanı ürək damarlarında ciddi tutulma aşkarlanıb. Həmin dövrdə serial çəkilişləri davam etdiyi üçün Tarık Papuççuoğlu müalicəni bir müddət təxirə salmaq məcburiyyətində qalıb.

Ssenari üzrə çəkilişlərini tamamladıqdan sonra aktyor Bodrumda uğurlu əməliyyat keçirib və onun 4 ürək damarı dəyişdirilib. Hazırda aktyorun səhhətinin yaxşı olduğu bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью