Abituriyent cavab əvəzinə öz nömrəsini yazdı İmtahanda kuryoz

08.04.2025

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Xəbər verdiyimiz kimi, 2-9 mart tarixlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. 

Gununsesi.info-nun məlumatına görə, bu gün KİV nümayəndələrinin iştirakı ilə imtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların yoxlanılma prosesini müşahidə etmək üçün təşkil olunan mediaturda maraqlı fakt aşkarlanıb.

Belə ki, abituriyent, yazılı cavab tələb edən tapşırıqlardan birinin cavab bölməsində cavab əvəzinə öz əlaqə nömrəsini yazıb. 

Aşkarlanan bu fakt maraqla qarşılanıb və qısa müddət ərzində sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью